Şair-aktyor Sərvər Şahbəyli bu gün səhər dünyasını dəyişib. SİA-nın məlumatına görə, Sərvər Şahbəyli 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışıb.1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak edib. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərib. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərib. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərib, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunub. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlayıb. Şeirləri bir neçə almanaxda çap olunub, 2006-cı ildə isə "Bu yol hara gedir belə? kitabı çapdan çıxıb. 2014-cü ildə kitabın eyni adlı adlı audio versiyası öz ifası ilə dinləyicilərə təqdim olunub.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB