“Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı”

“Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Turizmin İnkişafına Kömək" İctimai BirliyiAzərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə keçirdiyi "Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı" mövzusunda inşa müsabiqəsinə yekun vurulub. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Univeristetinin Tədqiqat bölməsinin rəhbəri Qahirə Məmnmədova ölkədə qeyri-neft sahələrinin inkişaf etdirilməsi yolu ilə dayanaqlı iqtisadi inkişafa nail olmaq siyasətinin həyata keçirildiyini və bu inkişafın davamlı olması üçün ölkə rəhbərliyinin turizm sektorunun güclənməsinə dəstək verdiyini və bu məqsədlə bir çox addımların atıldığını qeyd edib. Eyni zamanda, təbiət və tarixi baxımdan olduqca zəngin potensiala malik və işğal altında qalan Dağlıq Qarabağ və digər əzəli torpaqlarımızın bu inkişafdan kənarda qaldığını və keçirilən inşa müsabiqəsinin də bir tərəfdən gənclərin vətənpərvərlik hisslərinin güclənməsinə, digər tərəfdənsə bu regionun turizm potensialının öyrənilməsinə və təbliğinə xidmət etdiyini vurğulayıb. ATMU-nun dos. t.e.n. Məhərrəm Zülfüqarlı Azərbaycanın tarixiəraziləri konteksində işğal altında olan şəhər və rayonlarımızın turizm potensialına vurulan ziyanlardan söz açıb.

Turizm və Qonaqpərvərlik fakültəsinin dekan müavini, i.ü.f.d., dosent Flora Ələsgərova Laçının, Kəlbəcərin, Şuşanın əsrarəngiz təbiətindən və nadir incilərindan danışaraq tədbirdə çıxış edəcək tələbələrə uğurlar arzulayıb.

Sonra söz müsabiqəyə inşa təqdim edən tələbələrə verilib və onlar inşa mövzuları ilə bağlı məruzə ediblər. Tədbirin yekununda müsabiqə iştirakçısı tələbələr mükafatlandırılıb. Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Otelçilik ixtisası üzrə I kurs tələbəsi Ləman Abbasova I yer, Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşmasının I kurs magistri Arzu Qasımov II yer, Azərbaycan Turizm və Menecment Universitetinin Muzeyşünaslıq, Arxiv işi və abidələrin qorunması ixtisası üzrə III kurs tələbəsi Elnarə Mürsəlova III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə