Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı 1, 2, 7, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində "Qeyri-adi məhkəmə" tamaşası ilə çıxış edib. SİA-nın məlumatına görə, tamaşa interaktiv uslubda - seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri –direktoru İntiqam-Soltandır, ssenari müəllifi Arzu Soltandır. Təsadüfən iynədən istifadə edən kişi Spidə yoluxur və başına gələn bu hadisədən sonra tək özünü deyil onlardan əziyyət çəkən, həyatı məhv olan, yaxınlarını itirən insanların timsalında narkomaniyanı ,alkoqolu və spidi məhkəməyə verir. Bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin bütün təbəqələrindən olan üzvləri məhkəmədə zərərçəkmiş və şahid qismində dindirilirlər, SPİD - in fəlakətlərinə qarşı həyacan təbili çalır. Tamaşa maarifləndirici və tərbiyəedici xarakter daşıyır.
Qeyd edək ki, bu tamaşanın Ədliyyə Nazirliyinin Tibb baş İdarəsinin daha 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB