Dekabrın 15-də "Art Villa" qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılacaq. AZƏRTAC-ın xəbərində deyilir ki, sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatı tərəfindən "Start" layihəsi çərçivəsində təşkil olunacaq. Sərgidə iştirak etmək istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Layihənin məqsədi incəsənətin və müasir memarlığın təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Qeyd edək ki, bundan əvvəl "Start" layihəsi çərçivəsində "Bakının müasir memarlığı fotolarda" adlı sərgi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB