Lənkəran Dövlət Dram Teatrı Lənkəran Dövlət Universiteti (LDU) ilə əməkdaşlığa davam edir. SİA-nın məlumatına görə, LDU-nin professor-müəllim və tələbə kollektivi teatrda əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi Əli Vəlioğlunun "Əsrlərin harayı" əsərinin tamaşasına baxıb.
Vətənpərvərlik mövzusundan bəhs edən tamaşada əsas rolları əməkdar artistlər Təvəkkül Əliyev (Astiaq) və Sücəddin Mirzəyev (Harpaq), aktyorlardan Aynur Əhmədova (Mandana), Sayad Əliyev (Kir), Miraslan Ağayev (Kahin), Niftulla Əsgərov (Aptemibares), Şəbnəm Hüseynova (Amitida) və digərləri oynayıblar.
Tamaşadan sonra səhnəyə çıxan universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov maraqlı və məzmunlu tamaşa üçün teatrın yaradıcı kollektivinə minnətdarlığını çatdıraraq, universitet kollektivinin teatrla bundan sonra daha möhkəm əlaqə quracağını bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin səhiyyə, təhsil və mədəniyyət məsələlər üzrə müavini Rəsilə Əliyeva isə çıxışı zamanı belə tamaşaların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını vurğulayıb.
Teatrın direktoru Tofiq Heydərov universitet kollektivinin teatra gəlişini yüksək qiymətləndirərək, görüşün hər iki qurum üçün mühüm əhəmiyyət kəsb edəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB