Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsi ,Cəlilabad rayon MKS-də İ.Əfəndiyevin yaradıcılığına həsr olunmuş "Ədəbiyyatımızın İlyas Əfəndiyev zirvəsi" adlı yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, Cəlilabad MKS –nin direktoru E.Hüseynov tədbir iştirakçılarını yazıçının əsərləri və ona həsr olunmuş sərgi ilə tanış edib.
Yaradıcılıq gecəsində İcra Hakimiyyətinin məsul işçiləri, Mədəniyyət evinin əməkdaşları, oxucular, şagird və tələbələr iştirak edirdilər. Yaradıcılıq gecəsində yazıçının əsərləri haqqında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılar İlyas Əfəndiyevin həyat və yaradıcılıq yolundan bəhs edən sənədli filmi izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB