"Şahdağ" Turizm Mərkəzi 2016-cı il yay mövsümünü bağlı elan edir. SİA-nın məlumatına görə, ümumilikdə əcnəbi qonaqların, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdən olan qonaqların əvvəlki mövsümlərə nisbətən çoxluq təşkil etdiyi bu mövsüm bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalmış, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün info-turlar, eləcə də xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil olunub.
Qeyd edək ki, mövsümlərarası dövrdə mərkəzdəki beş ulduzlu "Şahdağ Hotel və Spa" ilə yanaşı regionun ən böyük SPA mərkəzi xüsusi sağlamlıq və bərpaedici detoks proqramı ilə qonaqların ixtiyarında olacaq. Artıq hazırlıqlarına start verilmiş qış mövsümünün açılışı isə ənənəvi olaraq dekabr ayının əvvəllərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB