Xalq artisti təqdimat etdi

Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev dahi bəstəkar , milli operamızın banisi Üzeyir Hacıbəylinin "Arşın mal alan " musiqili komediyasında "Vəli ilə Tellinin" duetini yeni tərzdə dinləyicilərə təqdim edib. SİA-nın məlumatına görə, ekran işinin ssenari müəlifləri, Ceyhun Kərimov və Aleks Anişenko , rejissoru Ceyhun Kərimov , operatoru Nadir Mehdiyev , rəssamı Nərminə Vəliyeva , montaj rejissoru Aleks Anişenko , prodüseri Əziz Əliyevdir.

Duet Azərbaycan, rus və ingilis dilində ifa olunub.

Qeyd edək ki, "Arşın mal alan" dahi bəstəkar Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin, sonuncu musiqili komediyasıdır.

Qeyd edək ki, yeni duet sentyabrın 20-dən nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə