Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin "Hədiyyə" qısametrajlı bədii filminin nümayişi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Yarat Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən Emin Əfəndiyev, xalq artisti Şamil Süleymanlı, aktyor Qorqud Cəfərli və bəstəkar Azər Əsgərov tamaşaçıların filmlə bağlı suallarını cavablandırıblar.
"Hədiyyə" filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bədii rəhbəri Eldar Quliyev, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Qorqud Cəfərli, İlahə Həsənova, Şamil Süleymanlı və digərləri canlandırırlar.
Qeyd edək ki, "Hədiyyə" bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə" kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB