“İpək Yolu ölkələri mədəni irsi–Mili Bayramlar”

“İpək Yolu ölkələri mədəni irsi–Mili Bayramlar”

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "İpək Yolu ölkələri mədəni irsi–Mili Bayramlar" adlı filmin çəkilişini həyata keçirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bir neçə irqə, dinə, millətə xas olan adət-ənənələrin əks olunacağı film dünyanın üç qitəsinin mədəniyyətini bir yerə toplayacaq. Ekran əsəri İpək Yolu marşrutu üzərində yerləşən bütün regionu əhatə edəcək. Belə ki, bura Avropa, Asiya və Afrika qitələri (Albaniya, Çin, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Malta, Moldova, Mərakeş, Pakistan, İtaliya, Rumıniya, Rusiya, Koreya Respublikası, Türkiyə, Ukrayna və Azərbaycan) daxildir.

Hədəf qrupu kimi layihədən birbaşa faydalananlar xüsusən gənclər olacaq. Filmin iyirmi beş ölkəni əhatə edəcəyini nəzərə alaraq burada bir milyonadək gəncin filmin nümayişində iştirakı və maariflənməsi gözlənilir.

Layihənin başlıca məqsədi nəinki Azərbaycan mədəniyyətinin, adət-ənənələrimizin göstəricisi olan milli bayramlarımızı dünya ictimaiyyətinə təbliğ etmək, həm də İpək Yolu üzərində yerləşən digər xalqların mədəniyyətlərini əks etdirən, ən qədim milli bayramlarını təbliğ etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə