Rəyasət heyəti tərəfindən "İnformasiya hamı üçün" YUNESKO Proqramının Hökümətlərarası şurasının IX sessiyası aparılıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, rəyasət heyətinin tərkibində Frank La Rue (Baş direktorun kommunikasiya və informasiya məsələləri üzrə köməkçisi), С. Haddad (Şuranın sədri, Qrenada), "Kommunikasiya və informasiya" sektorunun əməkdaşları-Indrajit Banerjee (direktor), Paul Hector (proqram mütəxəssisi), Boyan Radoykov (seksiya rəhbəri), Laila Amrani (məsləhətçi) yer alıb.
Sessiyanın gedişində Şuranın Bürosunun seçkiləri keçirilib, səsvermə nəticəsində Şuranın sədri vəzifəsinə yenidən С. Haddad (Qrenada) seçilib. Sessiyanın gündəliyində aşağıdakı məsələlər müzakirə edilib:
- YUNESCO-nun Baş direktorunun məruzəsi
- İşçi qrupların məruzələri
- Proqramın əlyetərliyi
- İş üsullarının təkmilləşdirilməsi
- Şura üzvlərinin və Proqramın Rəyasət heyətinin proqramın inkişafında rolu
- Proqramın Şurasının və onun köməkçi orqanlarının 2016-2020-ci illər ərzində fəaliyyəti
- Proqramın milli komitələrinin şəbəkələrinin möhkəmləndirilməsi
İclasda qeyd olunub ki, proqram əsasən, YUNESKO üçün prioritet təşkil edən 4 əsas prinsiplərin həyata keçirilməsi əsasında qurulub: mədəniyyət və dil müxtəlifliyi, təhsildə bərabərlik, əlyetərlik, informasiyanın ümumi əlyetərliyi.
Sessiyada Şuranın 28 üzv dövləti-Argentina, Bəhreyn, Botsvana, Venesuela, Qana, Qvineya, Qrenada, Misir, İran, İsrail, Zambiya, Kanbodja, Çin, Litva, Malaziya, Hollandiya, Türkiyə, Peru, Rusiya Federasiyası, Sineqal, Slovakiya, Sudan, Tailand, Filippin, İsveç, İsveçrə, Efiopiya iştirak edib. Sessiyanın işində proqramın Hökümətlərarası Şurasının tərkibinə daxil olmayan 19 dövlətin nümayəndəsi, habelə müşahidəçi qismində 17 dövlətin nümayəndəsi qatılıb. Sessiyanın işi zamanı 6 dilə sinxron tərcümələr həyata keçirilib.
Tədbirdə "İnformasiya hamı üçün" YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova da iştirak edib.
Təkliflər:
- Kitabxanalarda gənclərin maraqlarını doğuran tədbirlərin təşkil edilməsi
- Kitabxanalarda qeyri-maddi mədəni irsə dair informasiyanın toplanması
- Azərbaycan üçün əhəmiyyət kəsb edən elektron informasiyanın (İnternetdə olan informasiyanın) seçilməsi və Milli Kitabxanada qorunub saxlanılması. Bura əsasən mədəniyyətə, turizmə, Azərbaycanın daxili və xarici siyasətinə dair informasiyaları aid etmək olar.
- Kitabxanalar tərəfindən əlillərə səyyar informasiya xidmətinin göstərilməsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB