Efiopiyanın turizm naziri ATMU-nun qonağı olub FOTOLAR

Efiopiyanın turizm naziri ATMU-nun qonağı olub FOTOLAR

Efiopiya Federal Demokratik Respublikasının Turizm və Mədəniyyət üzrə dövlət naziri xanım Meaza Gebremedhin Gebreegzinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyarət edib. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları qəbul edib.

Görüş zamanı Azərbaycanda turizmin vəziyyəti, region və ölkə səviyyəsində inkişaf perspektivləri, o cümlədən, ATMU-nun inkişaf strategiyası müzakirə olunub.

Müzakirə zamanı qonaqların Azərbaycanın əsas turizm məhsulu və regionlarda turizmin vəziyyəti ilə bağlı sualları cavablandırılıb, həmçinin, ATMU ilə əməkdaşlıq məsələsinə münasibət bildirilib.

Qeyd edək ki, görüşün sonunda xanım Meazaya hədiyyələr, o cümlədən, Azərbaycan və ATMU-ya dair tanıtım kitabçaları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə