İranlı sənətçilər Lənkəran teatrında ustad təlimləri keçiblər FOTOLAR
İran İslam Respublikasının Tehran şəhərindən dəvət olunmuş teatr mütəxəssisləri Xeyrullah Təğyənipur, Əli Süleymani, Məhəmməd Ətayi və Cavad Nuri Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları üçün ustad təlimləri keçiblər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, iranlı sənətçilər üç gün müddətində Lənkəran teatrının gənc aktyorlarına səhnə hərəkətlərinin bir sıra xüsusiyyətlərini əyani olaraq öyrədiblər.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, iki gündən sonra truppamız Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduardo de Filippononun "Ruhlar" və Bəhrəm Beyzayinin "İlan Sultan" tamaşaları ilə çıxış edəcək: "Bu sənət imtahanı ərəfəsində gənc aktyorlarımız üçün ustad təlimlərinin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, gənclərimizin öyrənib, əxz etdikləri Bakıdakı çıxışları zamanı köməklərinə çatacaq. İranın teatr mütəxəssisləri və sənət kollektivləri ilə Lənkəran teatrının əlaqələri bundan sonra da davam etdiriləcək. Bizim qonşu ölkədəki həmkarlarımızla çoxlu müştərək layihələrimiz nəzərdə tutulub. Gələcəkdə tamaşalarımızı İranın şəhərlərində oynamağı nəzərdə tutmuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB