Azərbaycan XIV Dil və Mədəniyyət Festivalında

Aprelin 6-dan 12-nə kimi İndoneziyanın paytaxtı Cakarta şəhərində XIV Dil və Mədəniyyət Festivalı keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Festivalda dünyanın 22 ölkəsi - ABŞ, Ukrayna, Qazaxıstan, Serbiya, Hindistan, o cümlədən Azərbaycan da iştirak edib.

Ölkəmizi festivalda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Sədəf" xalq çalğı alətləri ansamblının solisti Kənan Ağayev təmsil edib. Türk mahnılarından ibarət "Kara Deniz" adlı popuri çox böyük marağa səbəb olub.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Ansambla Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər həvəslə maraq göstərir və ansamblın fəaliyyətində yaxından iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...