Məlumat verdiyimiz kimi, 25-27 aprel tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Forumda iştirak etmək üçün Liviya Parlamentinin Nümayəndələr Palatasının üzvü Galal El-Şuheyhdi, Sloveniyanın keçmiş prezidenti Danilo Türk, İspaniyanın keçmiş baş naziri Jose Luiz Rodrigue Zapatero, Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominique de Villepin və Türkiyənin Avropa Birliyi üzrə keçmiş naziri Egemen Bağış Bakıya səfər edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB