ABŞ-ın keçmiş agenti bəstəkarlığa başladı

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, ABŞ və Böyük Britaniya hökumətinin ali məxfi kütləvi nəzarət proqramlarının detallarını mətbuata yayan kompyuter mütəxəssisi Edvard Snouden məşhur fransız bəstəkarı Jan-Mişel Jarr ilə birgə musiqi bəstələyib. SİA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, Jarr bildirib ki, bəstə Snouden hələ Moskvada yaşayarkən hazırlanıb.

O, həmçinin, Edvard Snoudenin əməllərini dəstəklədiyini, onu dövrümüzün qəhrəmanı hesab etdiyini və qürur duyduğunu vurğulayıb.

Qeyd edək ki, müxtəlif ölkələrdə çalışan xüsusi xidmət orqanları işçilərinə həsr olunan müştərək musiqi "Çıxış" ("Exit") adlanır.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə