Milli Qəhramana həsr olunmuş filmin təqdimatı keçirilib FOTOLAR

Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixili 2169 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət proqramı"nın, həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının icrasını təmin etmək, Azərbaycan torpaqlarının ərazi bütövlüyü və azadlığı uğurunda canını fəda etmiş qəhrəman övladlarımızın keçirdiyi şərəfli döyüş yolu ilə insanları yaxından tanış etmək, yeniyetmə və gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanması və onlarda qələbə ruhunun yüksəldilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynova və Əlyar Əliyevə həsr olunmuş "İlk Komandir" və "Pəhləvan Komandir" filminin nümayişi olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, nümayişdən əvvəl çıxış edən ekran əsərinin rejissoru Nizami Abbas filmin ərsəyə gəlməsi üçün gördüyü işlərdən danışıb. Daha sonra çıxış edən Elman Hüseynovun döyüş yoldaşı Pənah Məmmədov və oğlu Emin Hüseynli öz xatirələrini iştirakçılarla bölüşüb.

Qeyd edək ki, nümayişdə rayon Mədəniyyət işçiləri, Qarabağ müharibəsi veteranları, rayon Ağsaqqalar şurasının nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə