35-ci İstanbul Film Festivalı başlayır

Türkiyədə 35-ci İstanbul Film Festivalının açılış mərasimi keçiriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, festival çərçivəsində 10 qısametrajlı, 24 təcrübi, 187 tammetrajlı olmaqla, 200-dən çox film nümayiş olunacaq.

Bu ilki proqram 25 hissədən ibarət olub, kinosevərləri 62 ölkəni təmsil edən 223 rejissorun ekran işi ilə tanış edəcək.

Festivalda aktrisa Suzan Avcı, Perran Kutman və bu yaxınlarda dünyasını dəyişən rejissor Ülkü Erakalın "Kinonun qüruru" mükafatına layiq görüləcək.

Qeyd edək ki, İstanbul Film Festivalı 17 aprelə kimi davam edəcək.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə