“Torpaqlarımızı işğaldan azad edək” şüarı ilə yürüş keçirilib FOTOLAR

“Torpaqlarımızı işğaldan azad edək” şüarı ilə yürüş keçirilib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə "Torpaqlarımızı işğaldan azad edək" şüarı altında mitinq – yürüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov açıb.

Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət himni oxunduqdan sonra söz alan müəllim və tələbələr qələbəyə aparan şərəfli döyüşlərə elə bu andan hazır olduqlarını bildiriblər. Müqəddəs vətən torpaqlarını işğalçılardan azad etmək üçün ali baş komandanın əmrini gözlədiklərini xüsusi vurğulayıblar.

Qeyd edək ki, mitinq-yürüş "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq" şüarları ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə