Direktorlara xəbərdarlıq edild

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir. SİA-nın verdiyi xəbərə görə, yoxlama və araşdırmaların nəticələrinə əsaslanaraq, 24 nömrəli 11 illik Musiqi məktəbinin direktoru İsayeva Samirə Məmməd qızına və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara Qəzənfər qızına yazılı xəbərdarlıq edilib.

Həmçinin, 24 nömrəli 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına və Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğluna töhmət elan edilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə