Mədəniyyət müəssisələri ilə gənclər arasında populyarlaşdırılması məqsədi ilə Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəz tərəfindən müxtəlif xarakterli silsilə tədbirlər yerlərdə təşkil olunur. Bu səpkidə növbəti tədbir Beyləqan rayonunda təşkil olunmuşdur.
10.03.2016 –cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə Beyləqan rayon Heydər Əliyev Mərkəzində gitara musiqi alətinə həvəs göstərən gənc mədəniyyət işçilərinə təlim keçmişdir. Təlimi gənc müğənni, peşəkar gitara ifaçısı Tofiq İsmayılzadə keçmişdir.
Təlimdə Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti, "Gənc mədəniyyət işçilərinin kreativ qrupu"nun üzvü Nadir Məmmədov, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Beyləqan rayonu üzrə kuratoru Rəqsanə Babayeva və qrupun digər üzvləri iştirak etmişlər. Təlimin keçirilməsində və təşkilatçılıq işlərində Beyləqan şəhər T.H.Niyazi adına uşaq musiqi məktəbinin direktor müavini Elmurad Quliyev yaxından iştirak etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB