“Dünya kinosu örnəklər kontekstində”

“Dünya kinosu örnəklər kontekstində”

Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Aydın Dadaşovun "Dünya kinosu örnəklər kontekstində" monoqrafiyası yaxın vaxtlarda işıq üzü görəcək. SİA-nın verdiyi xəbərə görə, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın müvafiq müddəasına uyğun olaraq, hazırlanan monoqrafiyada dünyanın 75 ən məşhur rejissorunun 120 filmi araşdırılıb.

Monoqrafiya AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının müvafiq qərarı ilə çap edilir.

Dünya kinosunun 120 illiyinə ithaf olunan bu kitabda müəllif ekran sənətinin tərəqqisinə təkan verən ən dəyərli filmləri mövcud nəzəri əsaslarla təhlilə cəlb etməklə mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırıb.

Qeyd edək ki, Azərbaycan dilində bu mövzuda yazılmış ilk olan bu əsərin elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, redaktorları, filologiya üzrə fəlsəfə doktorları Gülşən Qafarova və Könül Yusifovadır. Kitaba professorlar Aqşin Babayev, Niyazi Mehdi və əməkdar incəsənət xadimi Ayaz Salayev rəy veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə