2016-2017-ci il konsert mövsümündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə" beynəlxalq layihəsinin keçirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, layihənin bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.
Qeyd edək ki, martın 2-si və 4-də, aprelin 13-ü və 15-də Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə" beynəlxalq layihəsi çərçivəsində konsertlərin keçirilməsi nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB