Xocalı faciəsinin 24-cü il dönümünə həsr olunmuş "Xocalıya Ədalət" adı altında Cəlilabad rayon Mədəniyyət Mərkəzinin, 2, 3 və 4 saylı şəhər klublarının birgə əməkdaşlığı çərçivəsində tədbir təşkil olunub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayonda yaşayan Xocalı qaçqınları da iştirak ediblər. Tədbir zamanı Cəlilabad şəhər məktəblərindən dəvət olunmuş şagirdlər müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Qeyd edək ki, tədbirin sonunda Cəlilabad rayon Dövlət Rəsm Qalereyası tərəfindən Xocalı soyqırımını özündə əks etdirən sərgi təşkil olunub.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB