“Yox yerdən təzahür etmiş" adlı sərgi olacaq

“Yox yerdən təzahür etmiş" adlı sərgi olacaq

"Yay" qalereyasında tanınmış rəssam Rəşad Ələkbərovun "Yox yerdən təzahür etmiş" ("Something From Nothing") adlı fərdi sərgisi olacaq. SİA-nın verdiyi xəbərə görə, fevralın 12-də açılacaq sərgi dünyada baş verənlərə cavab olaraq siyasətdən uzaq duran, hətta tam əksinə - bizi minilliklərin bu gün yenidən aktual olan aydın hikmətlərinə yönəldən bir reaksiyadır. Abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınan rəssam Rəşad Ələkbərov artıq uzun müddətdir ki, öz yaradıcılığında işıqla kölgənin, simvolla mətnin, sözlə mənanın oyunu üzərində tədqiqatlar aparır. Rəssam, XXI əsrdə bəşəriyyəti informasiya xaosunda boğulan dünyaya gətirib çıxarmış təkamül yolunu təhlil etməyə cəhd göstərir. Rəşad Ələkbərovun qalereya divarlarındakı şəkillərində "homo sapiens"in əldə etdiyi bütün nailiyyət və kəşflər – od yandırmaq üsullarından tutmuş, təkərin icad olunmasına kimi – bizi tədricən televiziya, radio və internetin yaranmasına gətirən xırda addımlara dönür.

Sərginin mərkəzi əsəri olan "Something From Nothing" ("Yox yerdən təzahür etmiş") instalyasiyası "Twitter", "Facebook", "YouTube" kimi meqafonların ahəngsiz xalq səsini yorulmadan gücləndirib yaydığını simvolik tərzdə ifadə edir.

Qeyd dək ki, sərgi martın 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə