Bu gün görkəmli Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, SSR əməkdar incəsənət xadimi, SSR xalq artisti, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi Polad Bülbüloğlunun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, görkəmli şəxsiyyət 4 fevral 1945-ci ildə Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino-filmlərə, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Müqəddəs Knyaz Nevski" mükafatına layiq görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

.jpg)
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq, verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq, Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. İctimai xadim 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB