Abdulla Şaiqin mənzil muzeyində A.Şaiq irsinin layiqli davamçısı, akademik Kamal Talıbzadənin vəfatının 10 illiyi ilə əlaqədar alimin xatirəsi anılacaq. Muzeydən SİA-ya verilən xəbərə görə, yanvarın 22-də olacaq tədbirdə Kamal Talıbzadənin elmi-ictimai fəaliyyəti ilə bağlı məruzə dinləniləcək.
Tədbir çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədlinin "Yusif Ziya Talıbzadənin ictimai baxışları və fəaliyyəti" kitabının təqdimat mərasimi də keçiriləcək.
Mərasimdə tədbir iştirakçılarına Yusif Ziya Talıbzadəyə həsr edilən slayd-şou və akademik Kamal Talıbzadənin həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB