Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində "Söz" ədəbi layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Söz" ədəbi layihəsi bu dəfə xalq yazıçısı Çingiz Abdullayevlə ədəbi ictimaiyyətin görüşünə gəlib. Görüşdə Çingiz Abdullayev həyat və yaradıcılığı barədə ona ünvanlanan sualları cavablandırıb və yazıçı "Söz" ədəbi layihəsi haqqında da fikirlərini bölüşüb. Bildirib ki, layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, "Söz" ədəbi layihəsi Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıyır. Ədəbi-bədii axşamlar ənənəsini bərpa etmək məqsədilə layihə çərçivəsində ayda iki dəfə belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB