2016-cı il yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Afina axşamları" tamaşasının premyerası olacaq. SİA-ya teatrın mətbuat xidmətindən verilən xəbərə görə, Pyotr Qladilinin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasovadır. Tamaşanın musiqi tərtibatı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovundur.
Qeyd edək ki, rolları Xalq Artisti Səfa Mirzəhəsənov, Əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Natalya Şarovskaya, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB