“Kəlağayı günü” adlı internet-aksiya keçiriləcək

“Kəlağayı günü” adlı internet-aksiya keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi 26.11.2015-ci il tarixində sosial şəbəkələrdə "Kəlağayı günü" adlı internet-aksiyası həyata keçirəcək. Bunun üçün də bütün sosial şəbəkə istifadəçilərinə, gənclərə, QHT-ları və digər qurumlara çağırış edir.

Sözügedən internet-aksiya, Azərbaycanın milli mədəni irsinin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət edir. Sosial şəbəkə istifadəçiləri - gənclər, QHT və digər qurumların üzvləri 26.11.2015-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin "memm.az" rəsmi saytında "Kəlağayı günü internet-askiya"sı adı altında yerləşdirilmiş xəbərə aid xüsusi şəkili ilə bir gün müddətində şəxsi profil şəklini əvəz etməklə internet-aksiyaya dəstək ola bilərlər. Aksiyaya dəstək olan qurumların adları və loqoları həmin şəkildə öz əksini tapacaqdır.

Qeyd edək ki, Kəlağayı faylı 26.11.2014-cü il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu hadisə xalqımıza məxsus olan mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsi hallarının qarşısının alınması mübarizəsində böyük bir qələbədir. Bu qələbə sevincini birgə yaşamaq niyyətilə hər bir kəsi sözügedən aksiyada iştirak etməyə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə