“Çiçəklər” adlı uşaq rəsmləri sərgisi keçirilib

“Çiçəklər” adlı uşaq rəsmləri sərgisi keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində "Çiçəklər" adlı uşaq rəsmləri sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgidə Dövlət Uşaq Filarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rəssamın 67 əsəri nümayiş olunub.

Qonaqları giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı salamlayıb: "Hazırda havanın soyuq olmasına baxmayaraq mərasim zalımızda gənc rəssamlaın sayəndə çiçəklər açıb. Onların azyaşlı olmasına baxmayaraq əl işləri olduqca gözəldir. Hətta sərgidə 6-7 yaşında gənc rəssamların əl işləri var. Gənc rəssamlarımız istərdim ki, çiçəkləri, günəşi, valideyinlərini, qardaş və bacılarını çəksinlər".

Daha sonra tədbirdə söz alan Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov sərgidəki əsərlər haqda danışıb: "Bildyiniz kimi ölkədə bir çox xoşagəlməz hadisələr baş verir. Buna görə də övladlarımızı sülhə, gözəlliyə çağırmaq lazımdır. Valideynlər övladlarını xoşbəxt görmək istəyirlərsə, uşaqlına əsər yaratmaq da dəstək olsunlar. Bu gün gənc rəssamların yaratdıqları əl işləri məni çox valeh etdi. İnanıram ki, bu gündən sonra gənc rəssamlarımız bizimlə işləməkdə davam edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə