“Qədim şəhərdə qədim oyun” FOTOLAR

“Qədim şəhərdə qədim oyun” FOTOLAR

Bu gün "9 noyabr-Dövlət Bayrağı Günü"nə həsr olunmuş "Qədim şəhərdə qədim oyun" adlı şahmat turnirinə start verilib. SİA-nın məlumatına görə, şahmat turniri "İçərişəhər" Dövlət Tarix –Memarlıq Qoruğu İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Həmkarlar İttifaqı komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri idarənin mətbuat katibi Rahib Azəri açaraq Dövlət Bayrağı haqda məlumat verib. Diqqətə çatdırıb ki, Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. R.Azəri Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib.

Rahib Azəri turnirdə iştirak edən bütün şahmatçıları şahmatın təbliği axımından önəmli olan bu cür yarışların davamlı xarakter daşımasının əhəmiyyətini vurğulayıb. Artıq ənənə halını almış və mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə keçirilən bu cür turnirlərinin müxtəlif dövlət qurumlarının bir-birinə yaxınlaşdığının, dostluq münasibətləri və mehriban tərəfdaşlıq əlaqələri qurulmasına səbəb olduğunu bildirib.

Daha sonra digər natiqlər də söz alaraq ilə "9 noyabr – Dövlət Bayrağı Günü" münasibətilə turnir iştirakçılarını təbrik edib, uğurlar arzulayıblar.

Nəzərinizə çatdıraq ki. Şahmat turnirində sözügedən dövlət qurumlarını təmsil edən 14 şahmatçı iştirak edib. Qaliblərə kubok, fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə