Emil Əfrasiyab konsert verəcək

Azərbaycanın tanınmış cazmeni, pianoçu Emil Əfrasiyab və kvarteti konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsert ölkəmizdə keçirilən Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq. Gənc cazmenin baş tutacaq konsert proqramında müxtəlif klassik caz nömrələrinə müraciət olunacaq.

Nəzərinizə çatdıraq ki, 1982-ci ildə Bakıda anadan olan cazmen, Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. O, cazı Azərbaycan muğamı ilə sintez etmək üzrə ixtisaslaşır. Musiqinin bu iki növü improvizasiya üçün geniş imkanlara malikdir və insanın özünü ifadə etməsi üçün böyük üfüqlər açır. Onun əsərlərində intonasiyadakı təzadlar, daha çox klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.

Qeyd edək ki, konsert oktyabrın 31-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə