Bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən "Gənclər nə istəyir?" mövzusundakı toplantıda teatrın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış edib. SİA-nın məlumatına görə, Dövlət Musiqili Teatrının rəhbərliyi məhz gənclərin daha effektli yaradıcı fəaliyyəti ilə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının yaradılmasına qərar verib. Teatrdan hər zaman istedadlı gənclər üçün şərait yaratmağa, onlara dəstək olmağa hazır olduğu bildirilib. "Biz bu addımı milli teatr mədəniyyətinin inkişafını təmin etmək, gənclərdə musiqili teatra marağı daha da artırmaq, müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını istiqamətləndirmək məqsədilə atdıq. İstəyimiz kollektivimizin gənc üzvləri ilə yanaşı, musiqili teatr sənəti sahəsində təhsil alan xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı olan istedadlı gənclərin yaradıcılığına dəstək olmaq, novator səhnə formalarını tətbiq etmək, habelə gənclərin musiqili teatr janrındakı yaradıcılığına keyfiyyətli zəmin yaratmaqdır", - deyə Əiqismət Lalayev bildirib.
Qeyd edək ki, Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərov Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində yaradılan Yaradıcılıq Studiyasının rəhbəri təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB