Rusiya Federasiyasının Moskva şəhərində İpək Yolu II Beynəlxalq Mədəni Əməkdaşlıq Forumu öz işinə başlamışdır. Forumda Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov və Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev iştirak edir. SİA-nın məlumatına görə, Azərbaycanın nümayəndə heyətinin iştirak etdiyi forumda 16 ölkənin, Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin nümayəndələri, aparıcı beynəlxalq ekspertlər, beynəlxalq təşkilatlar, nəşriyyat və kütləvi informasiya vasitələri, diplomatik korpuslar, icra və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri və nümayəndələrinin iştirak edir. Forumun əsas mövzusu "Turizm, partnyorluğun inkişafı və mədəni əməkdaşlıq sahəsində birgə layihələrin işlənib hazırlanması"dır. Forumun yekununda dövlətlərarası yeni strukturun-"İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı"nın yaradılması haqqında saziş imzalanması nəzərdə tutulmuşdur. Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların "Bizim yolumuz arzularadır" adlı sərgisi də keçirilir.
Qeyd edək ki, "İpək yolu" İkinci Beynəlxalq Mədəniyyət Forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir. Forum 15 sentyabr tarixində öz işinə yekun vuracaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB