Qubada “Mütaliə həftəsi”

Quba rayon MKS-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin qarşısında, açıq havada "Mütaliə həftəsi" adlı aksiya keçirilir. SİA-nın məlumatına görə, oxucuların kitaba və kitabxanaya olan maraqlarını daha da artırmaq məqsədilə və ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan aksiyada "Bəxtiyar Vahabzadə - 90", "Zəlimxan Yaqub - 65", "Fikrət Qoca - 80", "Seyid Əzim Şirvani - 180", "Üzeyir Hacıbəyli - 130" və başqa mövzularda sərgilər nümayiş olunur. Burada həmçinin mütaliə masası təşkil edilib, yeni oxucuların kitabxanaya üzv olması üçün müvafiq şərait yaradılıb.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəsmisi Tariyel İbrahimov, MKS-nin direktoru Saməddin Nəsirov, Yazıçılar Birliyinin üzvü, "Gülüstan" ədəbi məclisinin sədri, şair, yazıçı-publisist Şıxəmməd Seyidməmmədov və digər çıxış edənlər belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə