Şahdağdan sizə hədiyyə olacaq TƏLƏSİN!

Şahdağdan sizə hədiyyə olacaq TƏLƏSİN!
Avqust ayının 22-də "Şahdağın hədiyyəsi" adlı aksiya altında Şahdağ Turizm Mərkəzində canlı konsert proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, mərkəzin əsas məqsədi turistlərə istənilən 3 növ yay əyləncəsindən yararlanmaq imkanı yaratmaqdır. Həmçinin qonaqları açıq havada konsert proqramı, günün sonunda isə əsrarəngiz atəşfəşanlıq gözləyir. Biletləri Bülbül küçəsi, 26 ünvanında yerləşən Şahdağ Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü Şahdağ Turizm Mərkəzindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə