“Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm” FOTOLAR
Hazırlıq iclasından sonra konfrans zalında "Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm" mövzusunda dəyirmi masa təşkil edilib. Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova və BBMM-in icraçı direktoru, professor Azad Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə ətraflı fikir mübadiləsi aparılıb.
A.Məmmədov multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. Professor Azərbaycan multikulturalizminin və ümumilikdə multikulturalizm konsepsiyasının ölkənin, dövlət təhlükəsizliyinin təmin olunmasında rolundan söz açıb: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cu il 15 may tarixli Fərmanı ilə təsis edilib. Multikulturalizmin həm də öz tarixi kökləri var. Bizim Ümummilli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa edilməsini təmin edib. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edirdi. O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin bizim dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Heydər Əliyev Fondu da bizim multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir və biz öz təcrübəmizi dünya ictimaiyyəti ilə bölüşməyə həmişə hazırıq". İcraçı direktor çıxışında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin bu istiqamətdə apardığı işlərdən, böyük xidmətlərindən də danışıb.
S. Qafarova tələbələri salamlayaraq dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multkulturalizmi, tolerantlığı özünün dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevirdiyini qeyd edib: "Azərbaycanda uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar".
Millət vəkili həmçinin Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək Ermənistanın işğalçılıq siyasəti haqqında tələbələrə ətraflı məlumat verib. S. Qafarova Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığını bildirib. Millət vəkili Ermənistanın monoetnik ölkələrdən biri olduğunu xatırladaraq həm dövlət, həm xalq olaraq onların tolerantlıq dəyərindən məhrum olduğunu diqqətə çatdırıb. Dəyirmi masada tələbələrin sualları cavablandırılıb.
Günün ikinci yarısında Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Volf "Almaniyada multikulturalizm", millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov "Azərbaycanda multikulturalizm" mövzusunda məruzələrlə çıxış edərək bununla bağlı hər iki ölkədəki vəziyyətin müqayisəli təhlilini aparıb. Klaus Volf çıxışında bildirib ki, Almaniyada da multikulturalizm mövcuddur: "Auqsburq şəhərinin əhalisinin 40 faizi miqrasiya nəticəsində formalaşıb. Auqsburqun uşaq bağçalarındakı uşaqların 60 faizi miqrantların uşaqlarıdır. Almaniyanın digər şəhərlərində də eyni situasiya müşahidə olunur. Mənim üçün mühüm olan odur ki, Azərbaycanda kilsələr, məscidlər, sinaqoqlar həmişə yanbayan olublar və yeniləri də tikilməkdə davam edir. Almaniyada isə məscidlərin tikilməsi son dövrlərə təsadüf edir. Bizim üçün hazırda vacib olan məqamlardan biri də islam cəmiyyətinə inteqrasiya etməkdir. Məhz bu istiqamətdə biz Azərbaycandan nələrsə öyrənə biləcəyik. Düşünürəm ki, bütün cəmiyyətlər üçün vahid, demokratik bir multikultural modelin olması məqsədəuyğundur".
Professor Etibar Nəcəfov öz çıxışında Azərbaycanda mövcud olan multikultural tolerant mühit, dövlətimizin ölkəmizdə yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlar yaratması və bütün bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyindən söz açıb. Mövzular yay məktəbi iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, tədbirdən sonra tələbələr müxtəlif növlər üzrə idman yarışları keçiriblər. Yay məktəbinin dördüncü günü "Öz xalqını təqdim et" musiqili müsabiqə ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



