QHT nümayəndələrinə info-tur təşkil edilib FOTOLAR

QHT nümayəndələrinə info-tur təşkil edilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Quba-Qusar bölgəsinin mədəniyyət və turizm müəssisələrinə info-tur təşkil edilib. SİA-nın məlumatına görə, info-turun təşkilində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələrini mədəniyyət və turizm müəssisələri ilə tanış etmək, onlarda milli mədəniyyətimizin inkişafına və təbliğinə xidmət edəcək maarifləndirici və kreativ ideyaların formalaşmasına yardım etməkdir.

İnfo-tur zamanı qonaqlar Quba şəhərində Heydər Əliyev Mərkəzi, Cümə məscidi (XIX əsr), Quba Soyqırımı Memorial Kompleksi və Fətəli xan qəsəbəsi (Qırmızı qəsəbə), Qusar rayonunda Şahdağ Turizm Kompleksi ilə tanış olublar.

Tədbir iştirakçıları QHT-lər üçün mədəniyyət və turizm müəssisələrinə təşkil olunmuş info-turun faydalı olduğunu bildirmiş və gələcəkdə bu tipli informativ xarakterli tədbirlərin təşkilində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə