Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonu 11 nömrəli onbirillik musiqi məktəbində 15 iyun – Milli Qurtuluş gününə həsr edilmiş "Qurtuluşa aparan yol" adlı tədbir keçirilib. İdarədən SİA-ya verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar foyedə Binəqədi rayon Mərkəzləşmiş Kitabxana Sisteminin hazırladığı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan xalqının rifahı naminə reallaşdırdığı mühüm layihələrdən söz açılıb.
Sonra musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında "Koroğlu" uvertürası səsləndirilib.
Qeyd edək ki, şagirdlərin ifasında "Qurtuluşa gedən yol" mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB