2000-dən çox ADU tələbəsi könüllü olaraq “Bakı 2015”də iştirak edir AÇIQLAMA- FOTOLAR
"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər birimizdə sonsuz qürur hissi doğurur. Bu möhtəşəm tədbirə könüllü kimi dəstək vermək Azərbaycan Dillər Universiteti və orada təhsil alan tələbələr üçün əhəmiyyətli və şərəflidir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şəfa Kazımova məlumat verib. Bildirib ki, Avropa Oyunlarında 2000-dən çox ADU tələbəsi könüllü olaraq iştirak edir: "Onlar daimi olaraq Avropa Oyunlarının hazırlıq təlimlərində iştirak edir və Test Eventlərdə oyunlar zamanı üçün lazımlı təcrübə toplayırlar. Keçiriləcək layihələrdən ən əhəmiyyətlisi universitetdə Avropa Oyunlarında iştirak etmək istəyən tələbələrdən ibarət Operativ Qərargahın yaradılmasıdır. Qərargah bu əlamətdar tədbirlə bağlı təbliğat-təşviqat işlərində yaxından iştirak edir və bir sıra tədbirlər həyata keçirir. Könüllü olmaq istəyən tələbələr arasında maarifləndirmə tədbirləri, görüşlər keçirilir. Azərbaycanda keçiriləcək möhtəşəm tədbirlə əlaqədar dünyanın 50-dən çox ölkəsindən doğma vətənə gələcək minlərlə qonaq respublikamızın sürətlə inkişaf etdiyinin şahidi olacaq. ADU tələbələri də Azərbaycan həqiqətlərini onlara çatdırmaqda, ölkəmizin zəngin mədəni irsi, görməli yerləri ilə tanış olmaq üçün gələn qonaqların qarşılanması, müşayiət olunmasında bələdçi, tərcüməçi, rəqs qruplarında, təşkilati və digər inzibati sahələrdə yaxından yardımçı olacaqlar".







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB