Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel ayı ərzində Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verilib:
1. "Holiday İnn Baku" mehmanxanası (4 ulduz),
2. "New Baku Hotel" mehmanxanası (4 ulduz),
3. "Boulvard side" mehmanxanası (4 ulduz),
4. "Du Port" mehmanxanası (3 ulduz),
5. "Alstadt"mehmanxanası (2 ulduz).
Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 79-a çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB