İran səfirindən viza məsələsinə MÜNASİBƏT

"Azərbaycan viza məsələsini bir az asanlaşdırsa buraya turist axını yüksək səviyyədə olar". Bunu SİA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin söyləyib: "Hazırda İran İslam Respublikasının heç bir ölkə ilə viza rejimi aradan götürülməyib. Onu da deyim ki, Azərbaycan səfirliyində turizm üçün vizalar çətinliklə verilir və müəyyən uzadılmalar olur. Həmçinin, qiymətlər də yüksəkdir. Azərbaycan tərəfi bu problemi aradan qaldırsa çox sayda turistlərin ölkənizə axınının şahidi olacaqsınız. Çünki Azərbaycanın görməli yerləri həqiqətən də çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə