Aydın İsmiyev: "Ötən il ölkəmizə 2 milyon 300 min turist gəlib”

Aydın İsmiyev: "Ötən il ölkəmizə 2 milyon 300 min turist gəlib”

"Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində ölkədəki otellərin göstərdiyi xidmətlər üzrə qiymət artımı müşahidə olunmur". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev söyləyib. Diqqətə çatdırıb ki, "Getmə turizmi" sahəsində bahalaşma ola bilər: "Düşünürəm ki, Azərbaycana gələn turistlər üçün heç bir problem yaşanmayacaq. Çünki biz müşahidə aparmışıq və nəticədə heç bir qiymət artımı yoxdur. Ancaq bəzi özəl sektorlarda, hər hansı hoteldə yerlər 100% dolubsa, o zaman onlarda müəyyən qiymət artımı ola bilər. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı daha çoxdur. Onu da deyim ki, təxminən statistikaya görə 2014-cü ildə 2 milyon 300 min turist Azərbaycana gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə