Nizami Kino Mərkəzində Xocalı Soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, kino xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş, rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş, rejissor Könül Kərimovanın "Biz qayıdacağıq" sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.

Qeyd edək ki, filmlər 26 fevral, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə