Tanınmış opera solistləri “Madam Batterflyay” tamaşasında çıxış edəcək

Opera və Balet Teatrında nümayiş olunacaq C.Puççininin "Madam Batterflyay" ("Çio-Çio-San") tamaşasına Ukrayna və Belarusdan tanınmış vokalçılar dəvət edilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yelena Bundeleva Çio-Çio-San və Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Mixail Kirişev isə Şarples rollarını ifa edəcəklər.

Tamaşada, həmçinin Azərbaycanın əməkdar artistləri Səbinə Vahabzadə (Suzuki) və Fərid Əliyev (Pinkerton) də çıxış edəcəklər.

Səhnə əsərini dirijor, xalq artisti Yalçın Adıgözəlov idarə edəcək.

Qeyd edək ki, tamaşa fevralın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə