Finlandiyada gənc azərbaycanlı musiqiçi ölkəmizi uğurla təmsil edir
Finlandiyanın Espoo şəhərində yaşayan 11 yaşlı soydaşımız, skripkaçı Emil Deniz Hartikainen Namazov tanınmış pop və rok ulduzları ilə birgə konsert proqramında çıxış edib. SİA-nın verdiyi məlumata görə, kiçik yaşlı soydaşımızın qatıldığı "Kids Rock" konsert proqramı Finlandiyanın "Nelonen" televiziya kanalı ilə yayımlanıb.
Altı yaşından skripkada ifa edən Emil Deniz Hartikainen Namazov yaşadığı Espoo şəhərində musiqi təhsili alır və tanınmış musiqiçi Grazyni Zeranska-Gebertin şagirdidir. Azyaşlı olmasına baxmayaraq, Emil artıq bir necə musiqi yarışmasının qalibidir. 2011-ci ildə Helsinkidə keçirilmiş musiqi müsabiqəsində 1-ci yerə, 2013-cü ildə Estoniya paytaxtında təşkil olunmuş "Gənc musiqiçilər" beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülüb. Bu il isə Emil Litvada keçirilmiş və bir çox dövlətlərdən gənc istedadların qatıldığı beynəlxalq musiqi festivalında iştirak edib.
Qeyd edək ki, gənc skripkaçı vaxtaşırı Finlandiyada təşkil edilən konsertlərə dəvət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB