Azərbaycanın estrada və opera müğənnisi, aktyor, SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümü münasibətilə xatirəsi anılıb. SİA–nın verdiyi məlumata görə, görkəmli sənətkarın doğum günündə ailə üzvləri və yaxınları, həmçinin Azərbaycanın mədəniyyət xadimləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Nəz'rinizə çatdıraq ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə anadan olub. Unudulmaz sənətkar Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. 1965-ci ildə yaratdığı mahnı teatrı ilə dünyanın 70 ölkəsində yüzlərlə konsert proqramı ilə çıxış edib.
R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.
Qeyd edək ki, dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB