“Şahdağ” qış-yay turizm kompleksində təlim-tədris kursları başlayıb
Xəbər verdiyimiz kimi, 2014-cü ilin 17-24 noyabr tarixlərində (8 günlük) Qusar rayonunda yerləşən "Şahdağ" qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 120 nəfərin iştirak etdiyi təlim-tədris kurslarında əsasən 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.
Noyabr ayının 24-də kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.
Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Şahdağ kompleksində təşkil olunan kurslar Azərbaycanda bu il Nazirlik tərəfindən təşkil olunan üçüncü belə treninqdir. İl ərzində İsmayıllı, Xaçmaz və Qusarda keçirilən kurslarda ümumilikdə 360 nəfər dinləyici iştirak edərək müvafiq sertifikatlar alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB