İran İslam Respublikasının Mərivan şəhərində keçirilən "IX Beynəlxalq Meydan Tamaşaları Festivalı" ında Bakı Uşaq Teatrı uğurla çıxış edib. SİA-nın verdiyi məlumata görə, böyük coşqu ilə keçirilən festivalda 4 ölkə qonaq qismində iştirak edib – Azərbaycan, Niderland, İraq və Ermənistan. Festival boyu ümumilikdə 35 meydan tamaşası nümayiş olunub. Bakı Uşaq Teatrı festivalda "Fokus mokus" meydan tapaşası ilə çıxış edib.Tamaşada toplaşan adamları görən 2 kloun onlarla əylənmək qərarına gəlir. Özlərini illiuzionist kimi qələmə verirlər. Tamaşaçılardan birinin telefonunu alıb onunla fokus göstərməyə çalışırlar. Nəhayət özləri bu işi yaxşı bilmədikləri qərarına gəlib səhnəyə peşəkar illiuziyaçını çağırırlar. Və ona kömək eləmək qərarına gəlirlər. Sonda hər işin öz sahibi olduğu qənaətinə gəlirlər. Tamaşa çox yaxşı qarşılanıb və teatr bir neçə festivala dəvət alıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB